Yuxarı

“Azərsell” "Gənclik Mall"da da xidmət edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell” "Gənclik Mall"da da xidmət edəcək

Azərbaycanın mobil rabitə bazarının lideri Azərsell Telekom müştərilərinin rahatlığını nəzərə alaraq, Gənclik Mall ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən Maxi.az magazasında yeni Müştəri Xidmətləri guşəsini abunəçilərin ixtiyarına verib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, iyun ayının 13-dən etibarən "Azərsell" abunəçiləri burda bütün növ müştəri xidmətləri ilə təmin edilir.

"Azərsell" müştərisi öz sim-kartının dublikatını çıxarmaq, yeni xidmətlərə qoşulmaq, faktura əldə etmək, həmçinin, şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumatla tanış olmaq imkanı əldə edir.

Məlumat üçün bildirək ki, "Azərsell" Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən "Azərsell" sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, "Azərsell" müxtəlif mükafatlara layiq görülüb. "Azərsell" Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 60 Ön Masa və "Azərsell" Ekspres ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2016.06.14 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla