Yuxarı

Bakıda başçı məktəb direktorunu özünə müavin təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda başçı məktəb direktorunu özünə müavin təyin etdi

Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zülfiyyə Xası qızı Məmmədhüseynova başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Xatırladaq ki, bununla da son bir ayda üçüncü qadın müəllim icra hakimiyyətlərində yüksək vəzifə təyinatı alır. Belə ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini Aliyə Osmanova isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Tarix
2025.05.23 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla