
Veteran cüdoçularımız 3 qızıl medal qazandılar
00:20
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Ucarda hərbi qulluqçunu vurub öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxunub.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Ucar Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ilyarım müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, təqsirləndirilən şəxs Gəncədən Bakıya gələrkən Ucar rayonu ərazisində idarəetməni itirərək yolu keçən hərbi qulluqçu, Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Elçin İslamovu vurub.
E.İslamov hadisə yerində ölüb.
Tarix
2025.05.23 / 18:22
|
Müəllif
Axar.az
|