
PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı
21:57
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-dən Axar.az-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 31 yaşlı S.Musayev saxlanılıb. Onun idarə etdiyi “Hunday” markalı avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bundan başqa, Xəzər və Sabunçu rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 41 yaşlı A.Yusifov və 50 yaşlı İ.Mərdanov da saxlanılıblar. Onlardan heroin və metamfetamin, yaşadıqları evlərə baxış zamanı isə ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və 17 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
Tarix
2025.05.30 / 13:37
|
Müəllif
Axar.az
|