Yuxarı

NATO Rusiyaya yazılı zəmanət verəcəkmi? - Putinin tələbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO Rusiyaya yazılı zəmanət verəcəkmi? - Putinin tələbi

NATO Rusiya tərəfinin Alyansın şərqə doğru genişlənməməsinə dair yazılı zəmanət tələblərini müzakirə etmir.

Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, belə bir məsələ nə sonuncu, nə də əvvəlki rəsmi NATO görüşlərində gündəmə gətirilib. Bu, sadəcə akademik müzakirə səviyyəsində olub.

Digər diplomat isə qeyd edib ki, NATO-nun genişlənməməsi ilə bağlı yazılı öhdəlik verməsi real deyil, çünki dövlətlərin hansı ittifaqa qoşulacağına özlərinin qərar vermək hüququ beynəlxalq müqavilələrlə qorunur.

Qeyd edək ki, 28 mayda “Röyters” agentliyi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəni dayandırmaq üçün Qərbdən NATO-nun genişlənməməsinə dair yazılı təminat istədiyini xəbər vermişdi.

ABŞ Prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq isə bildirib ki, Vaşinqton Rusiyanın bu narahatlığını anlayır və bu məsələni Moskva ilə müzakirə etməyə hazırdır.

Tarix
2025.05.31 / 18:23
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan İlham Əliyev haqqında paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla