Yuxarı

“TuranBank” DOST Agentliyi ilə birgə uşaqları sevindirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan “TuranBank” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti xeyriyyə aksiyasına imza atıb.

Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.

50 nəfər həssas kateqoriyadan olan uşaqların iştirak etdiyi tədbir 3 istiqamətdə davam edib. “Dünyanı öz rənginə boya” adı altında uşaqlar strafor materialdan hazırlanmış böyük dünya üzərində xəyal dünyalarını əks etdirən şəkillər çəkib, tədbirin ikinci hissəsində isə uşaqlarla DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyətində ekoterapiya fəaliyyəti həyata keçirilərək güllər əkilib. Tədbirin üçüncü hissəsində “Ritm hər kəs üçündür” adı altında rəqs master-klassı keçirilib. Sonda uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “TuranBank”Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bank gələcəyimiz olan uşaqlara dəstək layihələrini, o cümlədən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.

“TuranBank”

Bizimlə etibarlıdır...

Tarix
2025.05.30 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir

Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla