Yuxarı

Ekspert imtahan sualları barədə qalmaqallı məsələni ifşa etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qədər kütləvi etiraza rəğmən, Dövlət İmtahan Mərkəzindən hər hansı bir cavabın gəlməməsi çox qəribədir. Suallara mütləq yenidən baxılmalıdır.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bunu təhsil mütəxəssisi Kamil Talıbov mayın 25-i II və III ixtisas qruplarına qəbul imtahanında tarix fənni üzrə suallardan bir neçəsində aşkarlanan səhvlərlə bağlı danışarkən bildirib.

K.Talıbov qeyd edib ki, çox sayda müəllim və repetitor sözügedən sualların məktəb proqramına uyğun gəlmədiyini vurğulayıb:

"Ən azı, üç sualın problemli olduğu deyilir. Bu da təxminən 15 balın itirilməsi deməkdir. Bu qədər insan eyni məqamı qeyd edirsə, deməli, məsələ araşdırılmalıdır".

O, həmçinin oxşar vəziyyətin illər əvvəl müəllimlərin işə qəbulu imtahanında da baş verdiyini xatırladıb:

"Təxminən üç il əvvəl müəllimlərin işə qəbul imtahanında Azərbaycan dili üzrə dörd sualda yanlışlıq var idi. DİM və Təhsil Nazirliyinin ekspertləri mənə dedilər ki, sual səhvdir, amma bunu ictimaiyyətə açıqlaya bilmərik. Sadəcə, bir sualın səhv olduğunu ictimaiyyətə bildirdilər. Bu məsələdə də DİM ört-basdır etməyə çalışır. Amma bu problemi həll etmək lazımdır. Bununla bağlı açıqlama verilməlidir".

Daha ətraflı Baku TV-nin süjetində:

Tarix
2025.05.30 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla