Yuxarı

İçərişəhərlə bağlı yeni məhdudiyyət tətbiq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.

Axar.az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-dən bildirilib ki, yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.

"Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsiz qaydada ("Azparking", post terminal və s.) mümkündür", - məlumatda bildirilib.

Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyadayönümlü məkan yaratmağa xidmət edir.

"Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik", - məlumatda qeyd edilib.

Tarix
2025.06.02 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla