Yuxarı

Mnatsakanyandan Aprel döyüşləri ilə bağlı etiraf...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mnatsakanyandan Aprel döyüşləri ilə bağlı etiraf...

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş Aprel döyüşləri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, o, həmin vaxt qondarma rejimin “müdafiə naziri” olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu tapşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.

Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək.

Tarix
2025.06.05 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla