Yuxarı

56 yaşlı kişi sevgilisi ilə yeyib-içdi, ona xəsarət yetirdi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 56 yaşlı kişi evinə dəvət etdiyi sevgilisinə xəsarət yetirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Novxanı sakini, 1969-cu il təvəllüdlü Bəhruz dostluq münasibətində olduğu Hicrana (adlar şərti verilib - red.) xəsarət yetirib.

O, həmin gün saat 13 radələrində yaşadığı evdə tanışı Hicranla içki məclisi qurub. Məclis bitəndən sonra Hicran öz evinə getmək istəyib. Amma Bəhruz buna əsəbiləşib, onun getməsini istəməyib və əyləncəyə davam etməsini tələb edib.

Hicranın getmək israrından daha da hiddətlənən Bəhruz sərxoş vəziyyətdə ona hücum çəkib. Əvvəlcə Hicranın sifətinə şillə vurub, sonra isə paltarının yaxasından tutaraq kənara itələyib. Qadının başı evin qapısına dəyib və o, xəsarət alıb.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Hicranla 15 ildir, dostluq münasibəti var:

"Hadisə günü Hicran dəvətimlə Novxanı qəsəbəsindəki evimə gəldi. Mən də mağazadan bazarlıq etdim. Birlikdə içki məclisi qurduq, yeyib-içdik. Yeyib-içəndən sonra Hicran getmək istədi. Aramızda mübahisə yarandı. Hicran mənə nalayiq ifadələr işlətdi. Mən də bir dəfə sifətinə şillə vurdum və kənara itələdim. Hicranın başı qapıya dəydi və xəsarət aldı".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Hicran onun barəsində polisə şikayət edəcəyini bildirib və evdən gedib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Hicranın sözlərinə görə, hadisə günü nahar vaxtı Bəhruzun yaşadığı Novxanı qəsəbəsindəki evinə gedib:

"Birlikdə spirtli içki içdik. Sonra mən evimə gedəcəyimi dedim. Buna görə Bəhruz məni söydü, mübahisə düşdü. Bəhruz məni itələdi, başım evin qapısına dəydi və zərbənin təsirindən yıxıldım. Mən yerə yıxılandan sonra Bəhruz yumruqla bir neçə dəfə baş və alın nahiyələrimə zərbələr vurdu".

Zərərçəkmişin ifadəsinə görə, sonra vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərində xəstəxanalardan birinə müraciət edib və baş nahiyəsinə bir neçə yerdən tikiş qoyulub. Sonra ərazi üzrə polisə şikayət edib.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmişin ona qarşı olan şikayətini geri götürüb.

Hakim sonda hökm elan edən zaman onların barışmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb. Hökmə görə, müvafiq qanuna uyğun olaraq, Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Tarix
2025.06.06 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla