Yuxarı

NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.

Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib.

Eyni zamanda, Azərbaycanın NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb.

Çıxışda həmçinin 2025-ci ildən etibarən 3 il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə Qərargah Zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Muradov Murad Eldar oğlunun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.

Mərasimin sonunda Azərbaycanın NATO DTMM-ə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.

Tarix
2025.06.07 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla