Yuxarı

Bakıda yerdə uzanan piyadanın üzərindən maşın keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a hadisə şahidləri məlumat veriblər.

Bildirilib ki, VAZ-2106 markalı taksi sürücüsü piyadanı vurub və hadisə yerindən qaçıb.

Şahidlərin sözlərinə görə, piyada vəfat edib.

Onun kimliyi hələ ki məlum deyil.

İlkin məlumata görə, vəfat edən şəxs Türkan Aqropark bağlarında mühafizəçi işləyirmiş. Onun yolu keçərkən içkili olduğu söylənilir. Piyada yerə uzanıb və avtomobil onu görməyərək üzərindən keçib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) piyadanın ölüm faktını təsdiqləyib:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 11-i saat 22:30-da Xəzər rayonu, Hövsan yolu ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

Tarix
2025.06.12 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara məktub ünvanladı

Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? – Ekspert

İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi

İsrail hücumu: SEPAH komandiri də öldürüldü

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla