Yuxarı

3 rayona prokuror təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 rayona prokuror təyin edildi

Naxçıvanın Şahbuz, Kəngərli və Sədərək rayonlarına prokuror təyinatları olub.

Axar.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Belə ki, Naxçıvanın Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan əvvəl E.Abdullayev Sədərək rayon prokurorluğunda müstəntiq, Naxçıvanın İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan Muxtar Respublikası prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.

Baş prokurorun digər əmrilə Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev həmin vəzifəyə təyin edilib.İ.Rzayev əvvəllər Naxçıvan şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.

Baş prokurorun digər müvafiq əmrilə Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə təyin edilib. O, əvvəllər Şahbuz rayon prokurorunun köməkçisi, Şərur rayon prokurorunun böyük köməkçisi və böyük müstəntiqi, Şərur rayon prokurorunun müavini və Şahbuz rayon prokuroru vəzifələrində işləyib.

Tarix
2025.06.18 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla