Yuxarı

“İstilik təchizatı haqqında” qanun layihəsi qəbul edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Axar.az xəbər verir ki, sənəd Prezident İlham Əliyevin imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb.

Qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir.

Qanun layihəsinə əsasən, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) “Tənzimlənən qiymətlər haqqında” qanuna uyğun tənzimlənəcək. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.

2028-ci il iyulun 1-nə qədər isə istilik təchizatı sektorunda qiymətləri (tarifləri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.

Tarix
2025.06.24 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

İran da, İsrail də “qazandığını” deyir: Bəs, uduzan kim?

Trampın siyasətdə acizliyi üzə çıxdı - Mixaylov

İran 44 günlük savaşdakı taktikadan istifadə etdi

Prezident Çen Qianqı qəbul etdi - Foto

Prezident Mingəçevirdə ermənilərin raket atdığı ərazidə...

Ukrayna vətəndaşları İrandan ölkəmizə təxliyə olundu

İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla