
İrana heç bir halda imkan verilməməlidir ki... - Starmer
23:13
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - K Group MMC-nin vəzifəli şəxsini cərimə edib.
AMB-dən Axar.az-a verilən məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. Odur ki, “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.
Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.
Tarix
2025.06.24 / 15:47
|
Müəllif
Axar.az
|