Yuxarı

Şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Ağdam, Bakı-Horadiz, Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən, Şəki-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Axar.az-a AYNA-dan bildirilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 23 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Ağdam, Bakı-Horadiz, Bakı-Lənkəran, Bakı-Sabirabad istiqamətlərində 6 Lot üzrə avqustun 12-də;

Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən istiqamətlərində 6 Lot üzrə avqustun 15-də;

Şəki-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə istiqamətlərində 5 Lot üzrə avqustun 19-da baxılacaq.

Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Tarix
2025.06.24 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

İran da, İsrail də “qazandığını” deyir: Bəs, uduzan kim?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla