Yuxarı

Üç qurumdan Bakıdakı partlayışla bağlı birgə məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, FHN və ANAMA-nın birgə məlumatında qeyd olunub.

Bildirilib ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib.

“Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.

Hazırda prokuorluq əməkdaşları tərəfindən hadisə yerində baxış, ANAMA və FHN-in əməkdaşları tərəfindən isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub”, - birgə məlumatda deyilir.

Tarix
2025.07.01 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla