Yuxarı

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:59

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaçay kəndində baş verib.

Əslən Qax rayonu Qaşqaçay kəndindən olan Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Niyazi oğlu Məmmədovun meyiti Qax rayonu Qaşqaçay kəndində özünə məxsus evin sanitar qovşağında qohumları tərəfindən aşkar olunub.

İlkin araşdırma zamanı E.Məmmədovun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. E.Məmmədov bu gün Qaşqaçay kənd qəbirsanlığında dəfn olunub.

Əldə olunan məlumata görə, E.Məmmədov bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş. Hazırda təqaüddə olan keçmiş hərbçi polkovnik-leytinat E. Məmmədov SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak edib və SSRİ-nin bir çox hərbi hissələrində qulluq edib. 1992-ci ildə ailəliklə Azərbaycana qayıdan E.Məmmədov hərbi xidmətini 1999-cu ilin sonlarına kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində davam etdirib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.07.07 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla