Yuxarı

Bu layihə çərçivəsində 96 kq işlənmiş batareya təhvil verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində bu dəfə ekokönüllülər müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verib. Toplama prosesində könüllülər Bakı şəhəri 19 nömrəli tam orta məktəb, “Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər və 8-ci mikrorayon-2 filialları, “Bravo” supermarketlər şəbəkəsinin “Gənclik Mall” filialı, eləcə də “Access Bank” QSC-nin baş ofisi və digər məkanlarda fəal şəkildə iştirak ediblər.

Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Tarix
2025.07.07 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi

Azərbaycanda əsgərlik yaşı dəyişirmi?

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?

Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi

Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi

Kurenkov Bakıya gəldi

Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Tsaryov

Diplomatlar ADA-da toplandı - Müşavirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla