Yuxarı

Bakıda ev və kirayə qiymətləri qalxacaq? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənzil və daşınmaz əmlak bazarında hazırda vəziyyət sabit olaraq qiymətləndirilir. Yəni qiymət artımı baxımından ciddi dəyişiklik müşahidə olunmur. Bununla belə, mənzil bazarında keçən ilin sonu və bu ilin əvvəli ilə müqayisədə qiymətlərdə təxminən 8 faizə qədər artım var.

Bu sözləri Axar.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib.

Ekspert əlavə edib ki, kirayə mənzil bazarında isə təklif məhduddur:

“Bu, əsasən söküntü zonalarında yerləşən obyektlərin sökülməyə məruz qalması səbəbindən kirayə mənzil bazarında təklifin azalması ilə əlaqədardır. Bu istiqamətdə yeni tikililər meydana gəlməkdədir və həmin obyektlərdə qiymətlər daha fərqlidir. Bütövlükdə demək olar ki, paytaxt da daxil olmaqla, ölkənin bir çox bölgəsində kirayə qiymətlərində artım müşahidə olunur. Sadəcə şəhər mərkəzində bu artım nisbətən zəifdir, amma mərkəzdən kənara doğru artımlar daha qabarıq görünür”.

R.Osmanlının fikrincə, yaxın aylarda, xüsusilə yay mövsümündə kəskin qiymət artımı gözlənilmir:

“Əgər bazara təsir edəcək ciddi inzibati qərar qəbul edilməzsə, hesab edirəm ki, yay mövsümündə əhəmiyyətli qiymət dəyişməsi olmayacaq. Amma ilin sonuna doğru nələrin baş verəcəyi barədə indidən konkret fikir bildirmək çətindir. Çünki Azərbaycanda daşınmaz əmlak bazarındakı qiymət dəyişmələri bəzən yalnız makroiqtisadi amillərlə izah olunmur. Bu baxımdan bu istiqamətdə hazırlıqlı olmaq vacibdir”.

Tarix
2025.07.08 / 10:18
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla