
Bu halda Putin Kiyevi üç günə ələ keçirə bilərdi
09:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Şəxsin paraşütlə atılarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən Beşbarmaq piri ərazisində dağdan paraşüt vasitəsilə atılarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Tarix
2025.07.08 / 11:18
|
Müəllif
Axar.az
|