Yuxarı

“Azercell” qlobal alyansa qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azercell Telekom" MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Foruma (TM Forum) rəsmi üzv olub. Rəqəmsal transformasiyanı təşviq edən bu təşkilatın üzvləri sırasında Vodafone, Orange, Deutsche Telekom kimi qlobal operatorlarla yanaşı, Amazon, Microsoft və Nokia kimi texnologiya nəhəngləri də yer alır.

Dünyanın aparıcı şirkətlərini bir araya gətirən bu platformaya qoşulmaqla “Azercell” xidmətlərin inkişafı, müştəri təcrübəsinin optimallaşdırılması və tərəfdaşlıq ekosisteminin genişləndirilməsini dəstəkləyən geniş imkanlara çıxış əldə edir.

“TM Foruma üzvlüyümüz ən yaxşı təcrübələrin tətbiqinə və daimi inkişafa dair formalaşdırdığımız vizyonun daha bir mərhələsidir,” – deyə “Azercell”in Məlumat Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov bildirib. “Aparıcı rəqəmsal xidmət təminatçıları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal infrastrukturumuzu beynəlxalq standartlara uyğunlaşdırmaqla, biz innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcək, “Azercell”in həyata keçirdiyi transformasiyanın effektivliyini daha da artıracağıq. Bu da nəticə etibarilə xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.

“Azercell” innovativ həllər və gələcəyə yönümlü xidmətlərin aparıcı təminatçısı olaraq öz mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu strategiya çərşivəsində rəqəmsal xidmətlərin inkişafı, süni intellektə əsaslanan həllərin inteqrasiyası və texnoloji infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. TM Forum kimi qlobal təşkilatlarla əməkdaşlıq bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.

Tarix
2025.07.08 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla