Yuxarı

Maşın səkidə dayanan ana və qızını vurdu, biri öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ağır qəza baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı, 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Hadisə nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.07.09 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla