Yuxarı

Cahid Şahbazova cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cahid Şahbazova cinayət işi açıldı

Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz göz əməliyyatı keçirdiyini deyib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a müraciət edən Humay həkimlə bağlı polisə şikayət edib.

O bildirib ki, tibbi ekspertiza onun gözündə uğursuz əməliyyat olunduğunu təsdiqləyib:

"Caspian Hospital"da işləyən Cahid Şahbazovun gözümdə törətdiyi dəhşətli əməliyyyata görə Səbail Rayon Prokurorluğunda Cahid Şahbazova cinayət işi açılıb. Həmçinin tibbi ekspertiza təsdiqlədi ki, gözümdə onun qoyduğu diaqnozla bağlı problem olmayıb. Heç bir problem olmadan gözümü yaman hala salıb. Bir ildən çoxdur həkim axtarıram ki, onun pis günə qoyduğu gözümü düzəldə bilsin. Türkiyədəki həkimlər gözümü yoxlayanda ilk sualları bu oldu ki, əməliyyatı edən adam həqiqətən həkim olub? Dedim, bəli, Bakıda işləyən göz həkimidir. Onlar nə həkimi, nə məni tanıyırlar. Sadəcə bir pasiyent olduğumu bilirlər. Dedilər ki, o, kimdirsə, ümumiyyətlə bu sahədə təcrübəsi olmayıb. Orada dedilər ki, gözün o qədər pisdir ki, zəmanət vermirik düzələcək, ya yox. Açıb baxmalıyıq ki, həkim nə törədib".

Qeyd edək ki, Humay C.Şahbazov tərəfindən göz əməliyyatı olunub. Humay əməliyyatdan sonra gözündə problem yarandığını deyib.

Tarix
2025.07.14 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistanda siyasi gərginlik təhlükəli mərhələyə daxil olub

Netanyahunun DNT nəticəsi açıqlandı: iranlı imiş - Foto

İlham Əliyev onlara müraciət ünvanladı

Zəngəzur dəhlizi mütləq inşa ediləcək - Prezident

Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

Dünya bunsuz yaşaya bilməz - Prezident

Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü...

Çindəki proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir?

Bakıda beynəlxalq konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla