Yuxarı

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Sərfəli mobil operator “Nar” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təhsilin inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu əlamətdar gün çərçivəsində şirkət Bakıda yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyinə 20 ədəd noutbuk təqdim edib.

Tədbirdə iştirak edən Kimya-biologiya təmayüllü Respublika liseyinin direktoru və “Nar”ın nümayəndəsi bildirib ki, gənclərin keyfiyyətli təhsil alması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, təqdim edilən noutbuklar şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verəcək, təhsilə yönəlmiş bu cür təşəbbüslər isə gələcəkdə ölkənin elm və iqtisadiyyatına dəyər qatacaq peşəkar kadrların yetişməsinə xidmət edir.

Qeyd edək ki, “Nar” təhsilə və gənclərin inkişafına dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Şirkət qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin mükafatlandırılması, nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin təşkili, eləcə də müxtəlif təhsil və inkişaf layihələrinin dəstəklənməsi vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.06.01 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla