Yuxarı

"8-ci kilometr" bazarının adı dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişdirilib.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bazar "Riko Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini "Riko" adı ilə davam etdirməyə başlayıb.

Qeyd edək ki, "Riko Group" 2023-cü ilin oktyabrın 10-da 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəsul Rasim oğlu Hüseynlidir. MMC-nin hüquqi ünvanı "8-ci km Ticarət Mərkəzi" ilə eyni məkanda - paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38 K ünvanında yerləşir.

Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" MMC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 031 082 manat olub. MMC-yə qanuni təmsilçiliyi isə Rufat Qubad oğlu Məmmədov edib. 2023-cü ilin sonlarında "8-ci km Ticarət Mərkəzi" MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.

Tarix
2025.07.17 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla