Yuxarı

Xırdalanda ağaclar kütləvi şəkildə niyə kəsilir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) Report-a verilən məlumata görə, mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.

Bildirilib ki, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.

Məlumata görə, qurum tərəfindən araşdırma aparılıb və qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib:

"Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə rayon üzrə 980 ədəd kök üstündə qurumuş ağac və gül kolunun götürülməsi haqda məktub daxil olub. Bu rəyə uyğun olaraq rayon ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınıb. Hazırda yay mövsümü olduğundan yeni tinglərin əkilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab olunmadığından mövsüm zamanı (payız ayları) yeni ağacların əkilməsi nəzərdə tutulub".

Həmçinin əlavə olunub ki, ötən il ərzində rayon ərazisində 20 minə yaxın ağac və kollar əkilib, onlara aqroqulluq təşkil edilib.

Qeyd edək ki, sosial şəbəkədə adıçəkilən ərazidə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı paylaşımlar edilib.

Tarix
2025.07.17 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla