Yuxarı

Sumqayıtda tullantı suları çaya axıdılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda "Bakı Qida və Yağ Fabriki"nin tullantı sularının çaya axıdılması faktı araşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” MMC-də istehsalat zamanı yaranan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə birbaşa "Sumqayıtçay" çayına axıdılması faktı müəyyən edilib.

Müəssisə tullantı sularının təmizlənmə prosesindən keçdiyini bildirirsə də, ərazidə kəskin iy və tullantı suyunun vizual görünüşü bunun əksini göstərir. Bu səbəbdən, axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası tərəfindən su nümunələri götürülüb və fakt üzrə inzibati araşdırma başlanıb.

Araşdırmanın yekununda iş üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə təqdim olunacaq.

Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” MMC “Azərsun Holdinq” MMC-nin tərkibində olan və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisədir.

Tarix
2025.07.23 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı

Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir

ABŞ esminesi İran ordusunun əmrini yerinə yetirdi

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bu nazirlikdə mühüm təyinatlar oldu

Niderland Azərbaycana yeni səfir təyin etdi

Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir

Bayramov İsrail səfirini qəbul etdi

Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla