2024-cü ilin 25 dekabrında Bakı-Qroznı reysi üzrə hərəkət edən AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin vurulmasına səbəb olan şəxslərin siyahısı yayılıb.
Axar.az xəbər verir ki, siyahını "Minval Politiko" dərc edib.
Təyyarəmizin vurulmasında rol oynayan şəxslərin siyahısı belədir:
Aleksandr Tolopilo - raketin buraxılması əmrini verən, 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri general-mayor;
Nikolay Orlyanski - əmri qəbul edib, onu ekipaj üzvlərinə ötürən polkovnik-leytenant;
Dmitri Paladiçuk - əmri dərhal icra edən kapitan.
Bundan əlavə, 51-ci hava hücumundan müdafiə diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı kapitan Dmitri Pudovkin, Cənub Hərbi Dairəsinin qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant Vladimir Yanovski, 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komanda məntəqəsinin operativ növbətçisi polkovnik Gennadi Yeremenko da təyyarəmizin vurulmasında rol oynayıb.
Adıçəkilən şəxslərin heç biri məsuliyyətə cəlb olunmayıb - əksinə, bəziləri vəzifədə yüksəliblər.