Yuxarı

AzerGold QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzerGold QSC-nin Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini Orxan Nağıyev 5-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub. O, 4 ay davam edən müsabiqədə iştirak etmiş 16 553 nəfər namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibin sırasına öz adını yazdırıb.

Orxan Nağıyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, 2021-ci ildən “AzerGold” QSC-də çalışır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.

AzerGold QSC olaraq həmkarımız Orxan Nağıyevə təbriklərimizi çatdırır, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Tarix
2025.07.25 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla