Yuxarı

Sabah hava daha isti olacaq - Proqnoz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Qeyd edək ki, Bakı üçün bu günə elan edilən hava proqnozunda temperatur 32-36 dərəcə isti olaraq göstərilib.

Tarix
2025.07.27 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər...

Rəsmi Bakı bu ölkəni təbrik etdi

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla