Yuxarı

Bakıda məsciddə qətl: yatdığı yerdə öldürdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:43

Bakıda məsciddə qətl törədilib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə iyulun 26-sı gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən "İmam Ümmət" məscidində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə öldürülüb. Ona 30-dan çox bıçaq zərbəsi endirilib.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov saxlanılıb. E.Məmmədov Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Tarix
2025.07.28 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

Zülfüqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - Video

İrandan Bakı və İrəvana çağırış: Dolaşan şayiələr...

“Ordu topladıq, Zəngəzura imkan vermədik” - Vilayəti nə istəyir?

Dəhliz tamamlansa, sensasiya olacaq - Pezeşkian

İlham Əliyev Peru prezidentini təbrik etdi

Ev almaq istəyənlərə şad xəbər: nizamnamə kapitalı artırıldı

Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla