Yuxarı

Azərbaycan onu Tacikistana təhvil verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq axtarışda olan Tacikistan Respublikasının vətəndaşı Azərbaycan tərəfindən ölkəsinə təhvil verilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğundan məlumat verilib.

Tacikistanda ekstremist fəaliyyətlə məşğul olan qadağan edilmiş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş 1999-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Mirzoyev Saddam Romişoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

S.R.Mirzoyev cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Tarix
2025.07.28 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayevin işi: Pandemiya vaxtı 13 min sərnişin...

Ceyhun Bayramov çex həmkarı ilə telefon danışığı apardı

Baş nazirdən daha bir qərar

Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

Zülfüqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - Video

İrandan Bakı və İrəvana çağırış: Dolaşan şayiələr...

“Ordu topladıq, Zəngəzura imkan vermədik” - Vilayəti nə istəyir?

Dəhliz tamamlansa, sensasiya olacaq - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla