Yuxarı

İsti və havasızlıq: Köhnə qatarlar niyə əvəzlənmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsti və havasızlıq: Köhnə qatarlar niyə əvəzlənmir?

Hazırda Yaşıl və Qırmızı xətlər üzrə 30 yeni, 29 köhnə nəsil qatar tərkibi, Bənövşəyi xətt üzrə isə 7 köhnə nəsil qatar tərkibi fəaliyyət göstərir.

Bu barədə Axar.az-a Bakı Metropolitenindən kondisionersiz və havalandırma sistemi olmayan qatarlarla bağlı məsələyə münasibət bildirərkən deyilib.

Köhnə qatarların hələ də istismarda qalmasının səbəbi kimi onların texniki resurslarının tükənməməsi göstərilib:

“Vaqon parkımız həm yeni, həm köhnə qatarlardan ibarətdir. Köhnə nəsil qatarların istismar müddəti bitmədiyinə görə onlar uyğun qaydada xəttə buraxılır. Bu vaqonlarda texniki baxımdan kondisioner quraşdırmaq mümkün deyil”.

Bununla belə, qurum qatar parkının mərhələli şəkildə yeniləndiyini və köhnə vaqonların istismar müddəti bitənədək xəttə buraxılacağını bildirib.

Qeyd edək ki, sərnişinlər köhnə qatarlarda yüksək temperatur və havasızlıqdan şikayət edirlər.

Tarix
2025.07.28 / 11:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla