Yuxarı

Biz kimik, məclis onun məclisidir… - Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz kimik, məclis onun məclisidir… - Axar TV

Çağdaş Azərbaycan ədəbiyyatında qəzəl janrının parlaq siması olan Əliağa Vahid 1895-ci il fevralın 18-də Bakıda anadan olub. Vahidin ailəsinin sosial vəziyyətinin ağır olması, onun mükəmməl təhsil almasına imkan verməyib. Özünün dediyinə görə, o, qısa müddət dövrünün mollaxanalarından birində təhsil alır. Daha sonra ehtiyac üzündən təhsilini yarıda buraxan gənc tütün fabrikində çilingər şagirdi işləyir.



Vahidin fitri istedadına, təbiətən şair ruhlu olduğuna, bir sözlə, dünyaya şair doğulduğuna heç kim şübhə edə bilməzdi. O, bunu hər addımında özü istəmədən sübut edirdi. Füzuli, Seyid Əzim ənənələrinin üslub davamçısı olan Əliağa gənc yaşlarından daim mütaliə edər, o dövr üçün gündəmdə olan "Bəsirət", "İqbal", "Tərəqqi" kimi qəzet və jurnalları oxuyardı. Bu mütaliələr tezliklə öz bəhrəsini verir. Qısa müddət ərazində Vahiddə şeirə, sənətə böyük maraq oyanır. Klassik şeir qaydalarını qorumasına baxmayaraq, Vahidin şeir dili çox sadə idi. Nəhəng Füzuli qəzəllərində çətin anlaşılan ərəb-fars sözləri demək olar ki, Vahid məktəbinə yad idi. Bir sözlə, Vahid qələmi, dövrünə qədər yazılan mürəkkəb ifadələri sadələşdirərək qəzəli xəlqiləşdirdi. Məhz bu fəaliyyəti onu xalqa yaxınlaşdırdı və sevdirdi.

Vahid ömrünü rifah içərisində keçirməyib. Sovet rejiminin sərt üzünü görən şair daima ağır təzyiqlərə məruz qalıb. Şərəflə mübarizə apardığı bu təzyiqlərdən Vahid üzüağ çıxdı və 1965-ci ildə gözlərini bu dünyaya əbədiyyən yumdu.

Tarix
2015.02.18 / 08:30
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla