VİP-in ANATOMİYASI
(və ya bir dəfə yeyilmişlər)
Məşhur məsəli xatırladım: "Elə şey var - mən bilirəm,
sən bilmirsən. Elə şey var - sən bilirsən, mən bilmirəm. Amma elə
şey də var ki, nə sən bilirsən, nə də mən".
Blmədiyimi bir kənara qoyub, sizə bildiyim haqda bir neçə kəlmə
demək istəyirəm. Yəqin ki, bizlərdən hər birimiz dünənə qədər özünü
fədakar müxalifətçi kimi qələmə verən və günlərin bir günündə
qəribə metamorfoza nəticəsində qəfl anti-müxalifətçiyə çevirilən
insanlar (və ya siyasi qurumlar) az görməmişik. Belələri, yəni bu
sayaq buqələmun siyasi subyektlər bir çox hallarda ütülü və
çeynənmiş sözlər, şüarlar hesabına mövcudluqlarını saxlayır:
"vətən", "milli mənafeyimizi uca tutaq", "öldü var-döndü yoxdur",
"demokratik dəyərləri göz-bəbəyimiz kimi qoruyaq" və sair bu kimi
ifadələrin arxasında gizlənə-gizlənə, öz merkantil və atamor
maraqlarını güdürlər.
Təəssüflər ki, bu gün bu tipli siyasi möhtəkirlər Azərbaycan
siyasətində kifayət qədərdir. Və bu reallıq cəmiyyətimiz üçün
həqiqətən eybəcər və ağrılı bir bəlaya çevrilib. Ölkəmiz və onun
mütərəqqi maraqları üçün iynə ucu boyda da olsa əhəmiyyət kəsb
etməyən belə mənasız partiyalardan biri də özünü VİP, yəni -
Vətandaş və İnkişaf Partiyası adlandıran siyasi qurumdu.
Sıralarında iki cüt-bir tək muzdlu funksioneri birləşdirən bu
"möhtəşəm" partiya öz siyasi fəaliyyət və mübarizəsini sivil və
konstruktiv məcraya yönəltmək, xalqın demokratiya arzularını
gerçəkləşdirmək, ədalətli vətəndaş cəmiyyəti quruculuğu işlərinə
dəstək vermək əvəzinə, demokratik düşərgəni aşağılamaqla, varlığını
siyasi rejimlə mübarizəyə həsr etmiş müxalif liderlərin ünvanına
böhtanlar yağdırıb onları satqınlıqda və s. və i. a. günahlarda
suçlamaqla məşğul olurlar. Məhz elə bu səbəbdən mən onlara bir daha
məsləhət görürəm: əbəs yerə ekzotik səslər çıxarıb, öz yoluyla
gedən karvanı ləngitməyə çalışmayın!.. Sizlərin
qərəzli-sifarişli-hikkəli hücumlarınız öz qabına xətər yetirən tünd
sirkə fenomeni təki, son nəticədə özünüzə ziyan vuracaq!
Son olaraq, VİP adlı qondarma partiyanın parazitiv təfəkkürlü
sədri Əli Əliyevin, eləcə də elementar etik davranış qaydalarından
məhrum olan ibtidai instinktli, tərbiyəsiz funksionerlərinin
diqqətinə ibrətamiz bir lətifəni çatdırım: "Gözdən uzaq, üzdən iraq
ucqar kəndlərin birinə bir çəllək "pavidla" payı göndərirlər. Kənd
əhli çəlləyi dövrəyə alıb maraqla onun içindəki, ilk dəfə
gördükləri qatı məhlula baxa-baxa, bir zad anlamırlar... Nəhayət
kəndin başbilənini çağırıb soruşurlar ki, sən canın, de görək, bu
çəlləyin içindəki doğrudanmı həmin o "pavidla" deyilən şeydi?
Başbilən çox diqqətlə həmin o məhlula nəzər yetirib fikirə
gedir. Hannan-hana başını tərpədib: "Bəli, - deyir, - pavidladı...
daha doğrusu, pavidla olmağına pavidladı, amma... amma deyəsən BİR
DƏFƏ YEYİLİB!.."
Bax belə. Qoy VİP-çil’r və digər "çilər" öz paylarını
götürsünlər! Mən isə onlardan fərqli olaraq, düz dayanmışam və
kölgəmin əyri düşməyindən qorxmuram! Vəssalam!