Yuxarı

Qüdsdə dava başqadı: Allah kimin vecinədir ki!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat səkkizin yarısı. 3 saylı marşrut avtobusu. İşə - məsələn, belə yerdə bilmirəm ki, “gedirəm” yazım, yoxsa “gəlirəm” – gedirəm. İçəridən qəribə iy gəlir. Sanasan, filtirsiz siqaret çəkən köhnə kişilərdən biri adekolanlanıb.

Qabaqda iki ağsaqqal oturub. Təsadüfən “Tramp” eşitdim, şəkləndim, o biri də qayıtdı ki, “Qüdsdə dava neft üstündədi, Allah kimin vecinədi”.

Başında kepka olan qurcuxdu, kepkasının altından başını qaşıdı, deyərdin, zəkasını itiləyir. Sakitçilik. İkisi də susdu. Qəfil:

- Kərpicin qiyməti də qalxıb, eşitdinmi? Zatda dedilər, o keçəl uşaq yoxdumu - Zaurun gedəsi...” - dedi.

Bığlı olan “Zaurun gedəsi” kimdisə, yəqin, tanıyırdı, sözün kəsdi:

- Qalxacaq da, hələ harasıdı... Hər şey beləcə qalxacaq! Torpaqlardan nə derlər?

Kepkalı dizin ovuşdurdu, qəribə görkəm aldı, diqqətlə baxdım, sinəsi qabardı, beli dikəldi, deyəsən, sağ çiynində avtomat da vardı, qəfil durdu ayağa, döş cibindən Azərbaycan bayrağı çıxarıb sol yumruğuna bükdü ucun, avtobusun ortasınacan gedib, “Haydı igidlər, səngərə!” qışqırdı... Yox, əlbəttə, belə olmadı.

- Bizi burda basdıracaqlar, a Bəhmən, əlini üz... – sakitcə dedi.

Birdəncə bayaqkı adekalon iyi çəkildi. Elə bil, dolma qazanı açıldı. Sürücünün qabağına itmi çıxdı, yoxsa yolda quyumu vardı, nədi, qəfil sağa çəkdi, təzədən sola, arxadakı xalanın çantası düşdü yerə. Çantadan banka, bankadan dolma dağıldı.

Mənə elə gəldi, kepkalı dayının sözünə dolma utandı, özün atdı xaladan yerə.

Yerdə dolmanı gördüm, yadıma Tereza Mey düşdü. İngiltərənin baş naziri. Təxminən on gün əvvəl Rusiyanı yamanlamışdı, “İkinci Dünya müharibəsindən sonra ilk dəfədi ki, Avropada bir dövlət başqa dövlətin ərazisini işğal edib” – demişdi.

Bilmirəm, bizi Avropa saymırlar, yoxsa Qarabağı işğal?

Nə məsələdi?

Yoxsa xəbərləri yoxdu bu işğaldan?

Yaxşı bəs bu işğalı dünyaya tanıtmaq üçün xərclənən kisə-kisə pullar? Bəs diasporlar? Avropada dolma festivalından tutmuş, az qala, yuxa bayramına qədər keçirmişik.

Kimsə ingilis dilində “Qarabağ mövzusunda hekayə yarışması” da təşkil etmişdi.

Qarabağ məsələsində bu çıxış ilin ən böyük zərbəsi idi...

Heç kim münasibət bildirmədi...

Qüdsə qahmar çıxanlar var.

Uyğur türkləri üçün mahnı bəstələyənlər, yardım toplayanlar, tədbir keçirənlər var...

Ay camaat, illuziyadan, utopiyadan qayıdın görək.

Bu plakat işlərindən, şüarlardan arının daha.

Dünya tanımır bizi, dərdimizi.

Dolma da bizimdi, yuxa da.

Tar da bizimdi, kaman da.

Ədəbiyyat da, musiqi də.

Ümumiyyətlə, hər şey bizimdi, hər yer.

Amma biz kimik? Biz hardayıq?

Tarix
2017.12.20 / 16:14
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla