Yuxarı

Aparıcı səhvləri, yoxsa alimlərimizin biabırçılığı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi ilə bağlı 2018-ci ilin avqust-sentyabr aylarında apardığı monitorinqin nəticələrini açıqlayıb.

Əşi, kaş ki, açıqlamayaydı.

“Əşi” demişkən, monitorinqin nəticəsinə görə, hansısa aparıcımız “a kişi” əvəzinə “əşi” sözünü işlədərək, guya dil normasını pozub. Halbuki bu söz dilimizdə, xüsusən bədii əsərlərimizdə çox gözəl şəkildə işlənib və xalqın yaddaşında yerini tutub.

Fəqət, monitorinqi aparan alimlərimiz faktları düzgün açıqlasaydılar, bizim onlara hədiyyələrimiz olacaqdı.

Elə “hədiyyələrimiz olacaq” demişkən, alimlərimiz bu sözün də yanlış olduğunu bildirirlər. Maraqlıdır, hansı əsasla?

Açığı, bu sözləri yanlış hesab etməyə hələm-hələm alimin hünəri çatmaz ha! Di gəl, bizim monitorinq aparan alimlərimiz Orfoqrafiya və İzahlı lüğətdə yer alan “hələm-hələm” sözünü də səhv hesab ediblər.

Belə görünür ki, hörmətli alimlərimizin lüğətdən xəbərləri yoxdur. Mən məmnuniyyətlə onlara Orfoqrafiya və İzahlı lüğətin linklərini göndərə bilərəm. Kitabı vərəqləyib tapmaq çətin olsa da, hansısa sözü elektron lüğətdən tapmaq çocuq oyuncağı.

“Çocuq” demişkən, alimlərimiz “çocuq” sözünün əvəzinə “uşaq” sözünü işlətməyi doğru buyurublar. Deyiblər, “çocuq” səhvdir. İndi uşaqdır da, bir səhvdir eləyib, bağışlayın. Bəli, bağışlayın, amma arada lüğətimizə də baxın və görün ki, orada bir “çocuq” sözü sizə baxıb gülümsəyir.

Biz çalışırıq ki, dilimizdəki yad sözlər, yanlışlar rədd olub getsin. Amma alimlərimiz deyir ki, bəs, bu “rədd olsun” sözündən də istifadə etmək olmaz, çünki qaba ifadədir.

Halbuki bu “rədd edilsin” ifadəsindən dövlət əhəmiyyətli sənədlərdə də istifadə edilir.

Siyahını uzatmaq olar, ancaq indi “xəbərlərə ayrılırıq”. Hə, düz tapdınız, alimlərimiz bu sözü də səhv hesab ediblər.

Təbii, bu monitorinqin nəticəsinə görə MTRŞ-ni ittiham etmirik. Amma çox istəyirik ki, MTRŞ monitorinq aparan alimlərimizin adlarını açıqlasın. Biz də gedib onlardan istifadə etdikləri lüğəti istəyək. Görək onlar hara baxırlar ki, lüğətdəki sözlərimizi görmürlər.

Tarix
2018.12.19 / 16:50
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla