Yuxarı

Çar sultanın hüzurunda

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çar sultanın hüzurunda

Alman Bundestaqının üzvü Sara Vaqenxnet ölkəsinin Baş nazirini ittiham edərkən deyib: "Anqela Merkel cəsarət və KİŞİLİK nümayiş etdirərək boynuna almalıdır ki, Avropa və Rusiya arasındakı müharibədə o günahkardır".

- "Qaz müharibələri" sübut edir ki, hər bir mayenin sıxılma həddi fiziki qanunlara görə yox, onun sahibinin siyasi dözümünə görə müəyyənləşir!

- Putin Türkiyədə bəyan etdi ki, "Cənub axını" indi coğrafi ünvanından başqa istənilən yerə "axa" bilər!

- Türkiyə prezidentinin yeni iqamətgahına gedərkən dövlət başçılarının maşınlarını müşayiət edən atların mənası budur: Osmanlı hökmdarının hüzurundasınız, cənablar!

- Trubanın orkestrdə tutduğu yer sübut edir ki, onun uğrunda müharibə aparan dövlətlər hansı simfoniyanın çalındığını yaxşı bilirlər!

- Ukrayna hökumətində xarici ölkə vətəndaşlarının təmsil olunması avrotəmirdən çıxmış postsovet ölkələrinin əsil sahiblərinə təqdim olunmasıdır!

- Radaya üzv seçilən kombatlar Ukrayna parlamentini hərbi fraksiyalara bölmüşlər!

- Dolların rubl üzərində tarixi qələbəsi Rusiyanı Ukraynanı hissələrə bölməkdən daşındıra bilmirsə, deməli, yaşıl əsginaslar həm də RUSUN PULUDUR!

- ABŞ-ın keçmiş Müdafiə naziri Robert Qeyts NATO-nun şərqə doğru genişlənməsini "səhv" adlandırıb - ölümlərin sayı genişlənmənin kvadraturasına uyğun olmalıdır!

- Ceyms Psaki İranla yeni müqaviləyə görə, Rusiyanı cəzalandırmaq üçün İranı nüvə silahına layiq görməyi qərara alıb!

- Mübarəkin azadlığa çıxdığını görən Məhəmməd Mursi bəraət almaq üçün xərəyə uzanmağa razılıq verib!

- Poroşenko Yanukoviçin naziri idi. Taleyran kimi "şokolad kralı" da sübut edir ki, Xarici İşlər nazirləri potensial qəbirqazandır!

- Ermənilər Gümrüdə Rusiya ilə dostluq rəmzi olaraq Kalaşnikova heykəl qoyublar. Silaha boyun əyən millətin mükafatı soyqırım olar!

- Dünyada istehsal olunan silahların adambaşına düşən miqdarı tarixi maksimumuna çatıb. Siz də deyirsiz ki, gözəllik insanlığı xilas edəcək!?

Tarix
2014.12.03 / 13:18
Müəllif
Zahid Oruc
Digər xəbərlər

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla