Yuxarı

Yadplanetlilərin eyvanımıza atdığı “hədiyyə”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Marsa raket yollayır, biz isə göydələndən yerə zibil yollayanlarda ilişib qalmışıq.

Əslində, bəşəriyyət bu problemi 100 min il əvvəl mağarada ikən həll etmişdi.

100 min il əvvəl...

Yəni sənin son model Ayfonun ola bilər, amma zibili qutuya atmırsansa, mahiyyət etibarilə mağara adamından geridə qalmısan.

Çox uzağa getmədən öz başıma gələn bir hadisəni danışım.

İllərdir tək yaşayıram. Bir gün atam məni yoluxmağa gəldi. Bir az söhbət etdikdən sonra pəncərəni açdı. Yarızarafat, yarıciddi gülümsəyib dedi ki, bala, bu nədir belə?

Təəccüblə atamın dediyi “bu”ya baxdım. Gördüm, zivədə qadın paltarı var. Siz də məni bağışlayın, utanıram da deməyə - alt paltarı idi.

Dedim, yuxarıdakı qonşumuz (biz 4-cü, onlar 5-ci mərtəbədə yaşayırlar) snayperdir: istifadə etmədiyi paltarlarını hər dəfə belə dəqiqliklə atır, o da gəlib düşür bizim zivəyə.

Hadisədən 3-4 gün keçdi. Yay olduğu üçün pəncərəni açıq qoyurdum. Bir gün evə gələndə gördüm eyvanda uşaq pampersi var, bir gün gələndə kişi köynəyi, növbəti gün alma qabığı, daha növbəti gün pomada və s. Yəni qonşu sanki əşyalarını bir-bir bizə daşıyırdı.

Yuxarı çıxıb qapını döydüm, açdı, dedim, bacı, deyəsən, yavaş-yavaş bizə köçürsünüz axı. Başa düşmədi.

Məsələni izah etdim, dedi, yox, bizlik deyil. Qayıtdım ki, hə, mən elə o yadplanetlilərdən şübhələnirdim, bilirdim ki, bu işdə onların əli var.

Evə qayıtdım. O gündən sonra yadplanetlilər eyvanımızı ələ keçirmək sevdasından əl çəkdilər.

***

Gördüyünüz kimi, bu problemi həll etmək heç də çətin deyil. Əgər kimsə eyvandan həyətə zibil atırsa, qapısını döyün və bunu bir daha etməməsini xahiş edin.

Sağlam cəmiyyət yaratmaq üçün məsələyə ən aşağı pillədən – zibildən başlamaq lazımdır. Bu gün zibilə görə qonşusuna etiraz edə bilməyən toplum sabah MİS müdirinə etiraz edib halal haqqını ala bilməyəcək.

Ona görə də ilk baxışdan bəsit, primitiv görünən məsələləri həll etməliyik.

Yekun:

Parisdən aldığı parfümdə “çimən” bir insan onun şüşəsini, qutusunu pəncərədən həyətə atırsa, ondan ömür boyu zibil qoxusu gələcək.

Tarix
2019.09.02 / 13:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla