Yuxarı

Azərbaycanı bütöv görən qoyunlar...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar tez-tez səsləndirilən məşhur və ağrılı bir fikir var: “Azərbaycan öz torpaqları ilə həmsərhəd olan yeganə ölkədir”.

Bu fikir zaman-zaman müxtəlif formalarda öz təsdiqini tapır. Necə ki, ötən gün bir daha tapdı: Gürcüstanla sərhəddə bir çoban sürüsü ilə Azərbaycan ərazisinə daxil olub və sərhədçilərimiz çoban itlərinin hücumundan sonra müdaxilə etməyə məcbur qalıblar. İnsident zamanı itlər ölüb, çoban yaralanıb. Məlum olub ki, yaralanmış çoban Gürcüstan vətəndaşı olan azərbaycanlı imiş.

Rəsmi Tiflis isə hadisə ilə bağlı istintaq başladıb.

Təsəvvür edin: torpaq bizim, atəş açan bizim, yaralanan çoban bizim, sürü bizim, çoban iti bizim... amma istintaqı başladan Tiflis.

Gürcüstan vətəndaşı olan azərbaycanlı da, onun qoyunu da, iti də indiki Azərbaycan ərazisindəki dağı-daşı yaxşı tanıyır. O qoyun, o itlər üçün bu sərhəd yoxdur, çünki genetik yaddaşlarında bu torpaqlar Bütövdür.

Bilirsiniz bu nə deməkdir?

Təhqir, savadsızlıq, avamlıq simvoluna çevirdiyimiz qoyun Bütövlüyü dərk edir, biz dərk edə bilmirik. Lağ obyekti etdiyimiz qoyun bizdən daha tamdır, Bütövdür.

Borçalı da, Dərbənd də, Təbriz də Qarabağ kimidir, əslində. Qarabağı itirdiyimiz kimi, o torpaqları da imperialist qüvvələrinin müstəsna rolu sayəsində itirmişik.

Təbii, burada söhbət qonşu, dost Gürcüstana, ya da Rusiyaya ərazi iddialarından getmir. Söhbət Kərkükdən Səmərqəndə qədər ərazi təfəkkürünə malik olan Azərbaycan insanının Bakı boyda düşünməsindən gedir.

Əksəriyyət yerlibazlıq edib, doğulduğu rayon boyda düşünür. Ona görə bizim insanların çoxunda baxış bucağı dar, birtərəfli olur.

Məsələn, hansısa orta statistik azərbaycanlı xaricdə ikən, tutaq ki, Nizamidən, Üzeyir Hacıbəyovdan, Lütfi Zadədən deyil, öz rayonunun yeməklərindən, nə bilim, çəkilmə araqdan, motal pendirindən danışır. Daha başa düşmür ki, Qafqaz insanının canına hopmuş yeyib-içmək kultu Qərb insanına maraqlı deyil, qərblini qarnını doyurmaq o qədər də maraqlandırmır. Buna əcnəbilərlə söhbətimdə də şahid olmuşam.

Nəsə...

Söhbəti çox uzatmadan deyim: Böyük faktlar böyük düşüncələrdən yaranır.

Sənin Hindistana qədər gedib çıxmış Nadir şahın, ABŞ-dan Yaponiyaya qədər elmi cığır açmış Lütfi Zadən, Qərbin kitabxanalarında özünə yer tutmuş Nizamin, Füzulin var.

Ona görə də sənin 86,6 min kvadrat kilometr boyda düşünməyə haqqın yoxdur.

Tarix
2019.12.12 / 11:13
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla