Yuxarı

Səhəri vahiməli xəbərlə açdım...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhəri vahiməli xəbərlə açdım. Əmim oğlu zəng edib dedi ki, bəs, baba əlində tüfəng düşüb kəndin canına, kimisə axtarır, deyir, o əclafı görən kimi güllələyəcəm.

Dik atıldım, həyəcanlandım... Nə baş verdiyini öyrənəndə isə ikimiz də gülməyə başladıq.

Demə, deputatlığa namizədlərdən biri kəndə gəlib, nənəmi qucaqlayıb öpüb. Bu da həmin vaxt mal-qaranı yola salan babamın qulağına çatıb. Beləcə kişi minib atın belinə, tüfəngini alıb əlinə, düşüb Oğuz elinə ki, hardasan, ay namizədin biri namizəd!

Təbii, bizim toplumda ağsaqqala, ağbirçəyə həmişə hörmət və sevgi olub. Qəribədir, heç kim yadın ata-anasını, əmi-dayısını özünə doğma bilmir, amma bütün nənə-babaları özününkü bilir. Burada qəribə bir bağ, kult var.

Amma bu nənə-baba sevgisi o demək deyil ki, bütün namizədlər kütləvi şəkildə kəndlərin canına düşüb, qoca nənələri bir-bir tutub marçıldatmalıdırlar.

Məsələn, siz bu yazını oxuduğunuz müddət ərzində Yer kürəsində 25 zəlzələ baş verdi, Bill Qeyts 15 min dollar qazandı, 3250 körpə dünyaya gəldi, Günəşdən kosmosa 60 milyon ton maddə buraxıldı və 1 namizəd küçənin tinində qəfil yaxaladığı nənəni öpdü.

İnsanlara, seçicilərə, vətəndaşlara sevgi və qayğı göstərməyin daha mədəni və sivil yolunu tapmaq lazımdır. Yəni ey “öpüşlər kralı” namizədlər, belə süni yollarla seçici səsi qazanmaqla ən yaxşı halda gülüş hədəfinə çevrilirsiniz. Əgər fevralın 9-da deputat seçiləndən sonra öpdüyünüz nənələrin problemlərini həll etməsəniz, o öpüşlərdən sonra əlinizi, dodağınızı bərk-bərk sabunladığınızı düşünəcəyik.

Təbii, nənələri həqiqətən öz doğması bilib öpüb-qucaqlayan namizədlər, keçmiş deputatlar da var. Amma namizədlər arasında elələri var ki, bircə dəfə də yaşlılarla bağlı hansısa problemə diqqət çəkməyib. Məsələn, süpürgəçi nənələrin yol qəzalarında həlak olmasına bir dəfə reaksiya verməyib, problemin həlli haqda düşünməyib...

Bu yazını yazanda əmim oğlu yenə zəng elədi. Dedi, bəs kənddə nənələrə qadağa qoyulub, heç birini çölə buraxmırlar. Deyirlər, çölə çıxan bütün nənələri namizədlər tutub öpür.

Bu barədə dostuma danışanda əlini cibinə qoyub, qəribə tərzdə gülümsəyib dedi: “Mənim nənəmin bəxti gətirdi, bu günləri görmədi”.

Tarix
2020.01.27 / 21:37
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla