Dünya yalan üstündə qurulub deyirlər. Yox, mən buna
inanmıram. Çünki yalanın ayaq tutsa da heç bir zaman yeriməyəcəyinə
inandırıblar bizi.
Biz də o qədər inandıq ki, yeriyən yalanları görəndə onların
yalan olmadığına özümüzü inandırmağa çalışdıq. Başqalarına
aldandığımız yetmədi, hələ üstəlik özümüz də özümüzü aldatdıq.
Nəticə isə göz qabağındadı: yalanlar daha yerimir, artıq qanad
açıb uçurlar...
Ərəblərin məşhur deyimi yadıma düşür: "Həqiqətlə yalan arasında
(yəni göz ilə qulaq arasında) dörd barmaq məsafə var". Bizdə də
təxminən belə bir deyim var: "Gördüyümə inanım, yoxsa
eşitdiyimə?"
Nə isə, gündəmdə "soyqırım" söhbətidi...
papa yaxşı iş görmədi. Heç avropa parlamenti də.
Orfoqrafik qaydaları əsəbimdən pozdum, onların adını kiçik
həflərlə yazdım. Yaxşı da elədim. Onsuz da onlar məlum bəyanat və
qərarları ilə nə qədər cılız, nə qədər kiçik olduqlarını
göstərdilər. Bütün dünya da gördü.
Və dünya ictimaiyyətinin tərəfsiz, vicdanlı hissəsinin bu tarixi
saxtakarlığa qarşı etirazı başlandı. Bu öz yerində. Bu haqda çox
yazılacaq, çox dartışılacaq.
Gündəmi qarışdıran budur ki,
papa və avropa parlamenti bütün ermənilərin səsinə səs verib,
100 il bundan qabaq guya hansısa erməni "soyqırımı"nın baş verdiyi
iddiasında bulunurlar.
LAKİN
papa və avropa parlamenti müsəlman ölkəsi olan Azərbaycanın
Xocalı şəhərində baş vermiş analoqu olmayan dəhşətli qətliamı
görmür.
Fələstində günahsız müsəlmanların üzərinə yağdırılan fosfor
bombalarını, sahildə top-topu oynayan uşaqların gülləbaran
edildiyini görmür.
Bosniyada serblərin törətdiyi qırğınları, vəhşicəsinə
öldürdükləri 8300 müsəlmanı görmür.
ABŞ-nın İraqda neftə görə öldürdüyü 2 milyon yarım günahsızı,
Əfqanıstanda məhv etdiyi 200 min müsəlmanı, Vyetnamda öldürdüyü
milyon yarım insanı, Yaponiyaya atdığı 2 atom bombasını, bunun da
nəticəsində baş vermiş dəhşətli fəlakəti, məhv olmuş 400 min
nəfəri, Amerika qitəsində özünə dövlət qurarkən kökünü kəsdiyi
aborigen qırmızıdərililəri görmür.
İngilis "demokratiyasının" qonaqpərvər Avstraliya əhalisinin su
quyularına zəhər atıb kütləvi şəkildə qırdığını, Hindistanda və
Cənubi Afrikada törətdiyi vəhşilikləri, kütləvi qırğınları
görmür.
Çinlilərin Şərqi Türkistan vilayətində qanına qəltan etdiyi on
minlərlə uyğur türkünü görmür.
Fransanın Əlcəzairdə amansızcasına qətlə yetirdiyi milyon yarım
müsəlmanı görmür.
Buddistlərin diri-diri yandırdıqları 200 min müsəlmanı, eləcə də
müsəlman qadınlar üçün qurduqları təcavüz düşərgələrini də
görmür.
Ruandada 21 il əvvəl (1994-cü il) məhv edilmiş 800 min günahsızı
da görmür.
Liviyada, Suriyada, İraqda, Yəməndə, Fələstində və ümumilikdə
Yaxın Şərq ölkələrində, müsəlmanların kompakt yaşadıqları istənilən
ölkədə Qərbin əliylə alovlandırılan münaqişələri, saysız hesabsız
terror aktlarını görmür...
Hansını deyəsən? Birdirmi, ikidirmi?
Yuxarıdakı bütün "görmür" sözlərinin hamısını kinayə ilə
işlətmişəm, əlbəttə.
Yəni demək istəyirəm ki,
papa yalançıdır, saxtakardır, kölədir, alətdir; o, həqiqi
xristian aləminin təmsilçisi deyil.
avropa parlamenti qlobal saxtakarlıqlara, bəşəri cinayətlərə,
irqi ağalığa qanuni siyasi don geyindirmək üçün yaradılan bir
qurumdur; ondan ədalət gözləmək - yalnız özünü aldatmaqdır.
...Bəli, o qədər özümüzü aldatdıq ki, daha bizi kimlərinsə
aldatmağına ehtiyac qalmır.
Mən rasist deyiləm, humanistəm: zərurət olanda, bütün
qərblilərdən kosmopolit ola bilirəm; riyakar deyiləm,
ədalətpərəstəm: kiminsə haqqı məndə qalanda gecə yata bilmirəm;
"vəhşi müsəlman" deyiləm, ürəyimdə Allah xofu var: bir qarışqa suya
düşəndə, çöp uzadıb xilas edirəm.
Ancaq,
Ey insanlığın düşmənləri, sizin kökünüzü kəsməyə hazıram!