Yuxarı

Adını tərsinə doğruldan ariF...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir az uzaqdan gələcəyik. Təxminən 30 il... 1993-cü ilin iyununda baş vermiş Gəncə üsyanından təqribən bu qədər ötür...

Səriştəsiz, həvəskar, kütlə zoruna-xoşuna təsadüfən hakimiyyətə gələn kəsimin dövləti uğratdığı qəzadan və xalqın dəvətilə hakimiyyəti təhvil alan Heydər Əliyevin Azərbaycanı böyük bir faciədən xilas etməyə başlamasından 28 il keçir...

O günlər Gəncədəydim. Polkovnik Surət Hüseynovun kabineti ilə üzbəüz otaqda azadlıqları əlindən alınmış şəkildə saxlanılan yüksək vəzifəli şəxslər Elçibəy iqtidarının təmsilçiləri idi. Səriştəsiz idarə üsuluna, Ermənistanla imzalanması planlaşdırılan şübhəli müqaviləyə, AXC-Müsavat tandeminin müharibə taktikasına, strategiyasına etiraz edən korpus komandiri Surət Hüseynov Elçibəy iqtidarını divara söykəmişdi. Hakimiyyətin itaətsizlik nümayiş etdirən korpusu buraxmaq barədə qərarı boykot edilmiş, üsyankar polkovnikin qüvvələri üzü Bakıya, Prezident Aparatına doğru yürüməyə başlamışdı. Gəncədən başlanan hakimiyyət yolunun üstündə zavallı demokratların dişsiz-onurğasız icra başçıları möhür və açarlarını üsyançıların təmsilçilərinə təhvil verərək rayonlarda, qəsəbələrdə, kəndlərdə səlahiyyətlərini bir-bir yerə qoyur, suyu-qanı süzülə-süzülə, cansız-şansız şəkildə evlərinə qayıdırdılar.

Dövlət sürətlə uçuruma gedirdi. Separatçı qüvvələr şimalda da, cənubda da Azərbaycana son zərbə endirməyə hazırlaşırdılar. Sovet ordusunun qalıqlarını, silah-sursat, hərbi texnika artıq-urtuğunu ələ keçirmiş psevdo-milli “yarımçıqlar”ın yaratdığı özəl hərbi obyektlər artıq ölkədə vətəndaş müharibəsinə cəlb olunmuşdular. Hakimiyyəti itirmək ərəfəsində olan iqtidarın hərbi rəhbərliyi tabeliyində olan özünümüdafiə qüvvələrinə Vətənin müdafiəsini sabotaj etməyi tapşırmışdı. Vətəndaş qırğını gedirdi. Ermənistan nəinki Şuşanı, Laçını, indi artıq Kəlbəcəri, Ağdərəni də ələ keçirmişdi.

Şərtləri İrəvan diktə edirdi. Gəncədə əslində Azərbaycanın taleyi həll olunurdu. Üsyanın qərargahına çevrilən Gəncə ikinci paytaxt, hətta birinci paytaxta çevrilməkdəydi. Hökumət qüvvələrinin Surət Hüseynova tabe olan hərbçiləri silahlı müdaxilə ilə tabe etmək cəhdi uğursuz alınmışdı. Gəncədə kazarmaların hasarının, divarlarının, özü də gecədən xeyli keçdiyinə görə həm də yatmış əsgərlərin üzərindən keçən hakimiyyət qoşunları az sonra korpusun köməyinə gələn qüvvələr tərəfindən geriyə otuzdurulmuşdu.

Bax o üzdəniraq əsir iqtidar yetkililəri də məhz bu əks-hücumun nəticəsi idi. Bu kampaniyada milli təhlükəsizlik nazirinin müavinidən, daxili işlər nazirinin müavinindən, kənd təsərrüfatı nazirindən tutmuş Baş prokuroradək, rəngarəng bir palitra təmsil olunurdu. Yəqin ki, Azərbaycan tarixinin ən əcayib-qərayib hadisəsi qeydə alınmışdı.

Ölkənin Baş prokuroru İxtiyar Şirinov ölkənin Prezidenti Elçibəyin həbsinə sanksiya vermişdi. Belə.

Həyətdə yaydan çıxmış bir ox kimi yay var idi. Qızmar yay. Qaynar yay. Yanan yay. Azərbaycan hakimiyyəti Surət Hüseynova müharibə elan etmişdi. O Surət Hüseynova ki, özü onu Baş nazirin müavini təyin etmişdi; o Surət Hüseynova ki, Prezident Elçibəyin fərmanıyla Milli Qəhrəman adı almışdı. Və indi Təhlükəsizlik Şurasının iclasında həmin Surət Hüseynov qarışıq Gəncəni təyyarədən bombalamaq təklif edilirdi...

Qardaş qırğını başlanmışdı. Gəncə hava limanı atəşə tutulurdu, tanklar, BMP-lər Cavad xanın, Nizaminin yurdunda öz qardaşlarımızın üzərinə yeriyirdi.

Rejissor Vaqif Mustafayevin filmindən bu kadrları mən anbaan yaşamışam. Vətəndaş böhranı, hakimiyyət böhranı, nəhayət dövlət böhranı yaşayan Azərbaycana Heydər Əliyev sözün həqiqi mənasında göydən gəldi...

Azərbaycan dağılmış, heydən, taqətdən düşmüş, dünya ölkələri sırasında lağ və istehza obyekti olmuş halından Əliyevin sayəsində çıxdı. Gücləndi. Nəinki Şuşanı, Laçını, Kəlbəcəri, bütün Qarabağı faktiki olaraq Ermənistana ya təslim etmiş, ya da təslimçiliyə hazırlamış güruhbaşıların bu gün, tarixinin ən böyük zəfərini qazanan Azərbaycan xalqına, Onun bütün qələbələrinin müəllifi - tarixi rəhbərinə düşükcəsinə, bədnamcasına dərs keçmək həvəsi ən aşağısı dərin bir istehzaya, kinayəyə layiqdir. Axı mən bu adamların o siyasi idbar günlərini, mənəvi eybəcər simalarını ən xırda üz və vulqar qırışlarına qədər xatırlayıram.

Kələki. 1993-cü il. 24 iyun. Hakimiyyətin Kələki dramının növbəti səhnəsi. Qaragüruhun indiki liderlərindən bəzilərinin, Köçəryan-Kərimli cinahının bir parçası da burdadır.

Əslində xalqa Azərbaycanın hakimiyyət tarixinin ən xədim və xəcil dövrünü yaşatmış bir güruhun indi yenidən iqtidar olmaq niyyətinə düşməsi yüngül desək məsuliyyətsizlik, nisbətən sərt desək, mənəviyyatsızlıq sayılmalıdır. Kriminal keçmişə malik, yalnız beş-altı əyyaşın, alkoqolikin müdafiəsinin ümidinə qalmış bu toplumun yalnız diz çöküb yalvarmağa, xalqdan əfv dilənməyə haqqı çata bilər.

Təsəvvür edin: indi regionun ən güclü dövləti olan, öz ərazi bütövlüyünü hərb yoluyla bərpa edə bilmək qədər iradə sahibi Azərbaycan 1992-93-cü illərdə hansı zavallı halətdə idi... Müsavat başqanı İsa Qəmbərin o zamankı əlaltısı, indiki başqanı-boşqanı Arif Hacılının 1992-ci ilin mayında, Milli Məclisin divarları arasında hakimiyyətə gəlişlərinin eyforiyasında bığını necə burduğunu da unutmuram... İstefadan sonrakı dövrdə Milli Məclisdəki son çıxışını, Kefli İsgəndər monoloqunu da. Baş nazirlikdən istefa verib yerində oturmuş Pənah Hüseynin “yalançının balası ölsün!” qarğışı kimi.

Və Arif Hacı indi nəinki yolunu, məntiqini, “başqan” kimi “baş”ını da itirib, qalıb “qan”. Amma qan deməklə deyil ki... qanırmı, heç olmasa öz dediklərini anlayırmı?!

Buyurun, baxın. Müsavat deyil e, müsibətdi. Əvvəlcə, kiçik bir anlatma: Bütün Azərbaycan qəzəbdən kükrəyir. Çünki Kəlbəcər rayonu ərazisində ermənilərin basdırdığı minaya düşən avtobusda üç azərbaycanlımız şəhid olub. Bu tükürpədici mənzərə heç vaxt unudulmayacaq! Siracın gözü, Məhərrəmin sözü kimi!

Yaxından, uzaqdan, başsağlığı alırıq. Beynəlxalq ictimaiyyət dediyimiz xain mina müharibəsində şəhid olmuş insanlarımızın rəmzi tabutunun altına çiyin verib. Allah Siraca, Məhərrəmə, Arifə rəhmət eləsin. Vətənləri cənnət olsun!

Şəhidlərdən ikisi jurnalistdir... Niyə jurnalistliyi xüsusi qeyd edirəm? Ona görə ki, Arif Hacılı da ixtisasca jurnalistdir. Bakı Dövlət Universitetini bitirib. Siyasətçi olmaya bilər, amma jurnalist diplomu var axı. Ən azı jurnalist SAYILIR axı. Peşə həmrəyliyi var axı...

İndi mən onun diplom işindən, bu işi kimə yazdırmasından bəhs etməyəcəm. O özü bilər, mən bilərəm. Amma hamının bilməli olduğu məsələlər də var. Buna görə də Arif Hacılının məntiqinin anlaşılmaz, daha doğrusu, anlamaz yerini təqdim edirəm. Siyasi, milli statusu bəlli olmayan Arif Hacılının Feysbukdakı statusundan sitat gətirirəm:

“Bütün dünyada yalnız qərəzli, bizə düşmən olanlar yox, əksər obyektiv qurumlar da, bir çox ləyaqətli adamlar da bizi haqsız hesab edir”.

Adının tam tərsini əks etdirən Hacılı bu fikirləri ilə bizi günahlandırır: yəni erməni terrorizmini, dinc insanlara xain bir mina müharibəsi elan etmiş terrorçu dövləti haqlı hesab edir: 3 dinc vətəndaşını, özü də öz ərazisində düşmənin quraşdırdığı tank əleyhinə minada itirən Azərbaycanı haqsız sayanları ləyaqətli hesab edir. Azərbaycanı haqsız hesab edən əksər qurumları obyektiv adlandırır.

Bu yanaşmanın gerçək adı bilirsiniz nədir? Vətənə xəyanət! Hələlik təfəkkürdə, düşüncədə, yanaşmada xəyanət! Həyatında bir uğurlu siyasi xidməti olmayan yarımçıq, güruh tikəsi Arif Hacılı.

Tarix
2021.06.06 / 23:57
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

Putin bunu deyəndə qarşısında Nikol vardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla