Yuxarı

Mən Donbasda doğulmuşam. Həqiqəti bilmək istəyirsiniz?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Donbasda anadan olmuşam, Donbasda böyümüşəm. Ukraynanın himnini doğma Azərbaycan dilimdən tez öyrənmişəm. Hər “Ridna mova” (Ana dili - Ukrayna dili) dərsində müəllimin Ukraynanın “çernozyom” deyilən bərəkətli qara torpağı və Zaporojskaya Seçin mərd kazakları barədə danışdıqlarını içimdə qəribə qürur hissi ilə dinləmişəm. Yaşımdan dolayı hökumətdən, o zamanki vətəndaş mövqeyimdən danışa bilmərəm, amma onu deyə bilərəm ki, ukraynalılar ən azı bizim qədər vətənə, torpağına bağlı olur, doğma yurduna sevgisi ilə də qanında ukraynalı qanı olmayan uşaqda belə qürur hissini oyada bilirlər.

2014-сü ildə Donbasda hərbi əməliyyatlar başlayanda ordan köçmüşük. Biz orda olanda ora Ukraynanın vilayəti idi, orada “separatçı” sözünü eşitməyən əhali yaşayırdı. Çoxu kömür mədənində işləyərək çörək pulunu qazanırdı, mədənçilərin hətta öz bayramı da var idi. Bölgədə ən səs-küylə qeyd edilən irimiqyaslı bayram sayılırdı. Günün kuliminasiyası atəşfəşanlıq idi, millət ona baxmaq üçün küçələrə çıxırdı.

Donbas hadisələri sanki bir anda baş verdi, sonuncu dəfə müharibəni 70 il öncə görən əhali üçün hər şey dəhşətli idi - axı onlar 30 il boyunca müharibə təhlükəsi altında yaşayan tərtərlilər, ağdamlılar, tovuzlular kimi deyildi. Şəxsən mənə uzaqdan gələn atışma səsi fişəng səsini xatırladırdı, həmin səs daha bərk gələndə artıq köçməli olduq, yalnız atam sənəd problemi olduğuna görə gələ bilmədi.

Donbaslıların bir çoxu elə bizim kimi mal-mülkünü atıb, kütləvi şəkildə Rusiyaya qaçırdı, amma hadisələrin müvəqqəti olacağına ümid edənlər bunkerlərdə yaşayırdı.

Evimiz hərbi hissənin yaxınlığıda idi, hardasa 1 km məsafədə. Sonradan orada Ukraynanın qərbindən göndərilən antiseparatçı qoşunlar yerləşdirilmişdi.

Köçdükdən sonra vaxtaşırı atamla danışırdıq, deyirdi ki, gərginlik əsasən həmin hərbi hissəsinin ətrafındadır, binaların çoxu dağılıb, camaat kilsədə gecələyir.

Vətən eşqi ilə yaşayan donbaslılar artıq öz həmvətənlilərindən qaçıb Allaha və Allahın evinə sığınırdı.

Bəli, Donbas əhalisinin çoxu rusca danışırdı, daha doğrusu, ruscanın özünəməxsus ləhcəsində, amma özlərini ukraynalı sayırdı, soyları ilə fəxr edirdilər. Regionda rus bölmələri vardı, elə bizdəki kimi. Amma orada Azərbaycandan fərqli olaraq, rus bölməsini ukrayna bölməsi ilə ayırmırdılar, tədris prosesində, eləcə də cəmiyyət arasında bu mövzuda hər şey çox yaxşı oturuşmuşdu, demək olar ki, harmoniya var idi – dərsliklər ukraynaca idi, tədrisdə ruscadan gen-bol istifadə edilirdi.

Orada yaşadığım müddət ərzində hazırda nümayiş olunan ruspərəstlik və separatçılıq havasını hiss etməmişəm. Məktəb - həyatın ilk pillələrindən biridir, ailədən sonra məhz məktəb vətəndaşyetişdirmə öhdəliyini boynuna götürür. O baxımdan tam əminliklə deyə bilərəm ki, oradakı məktəblərin yetişdirdiyi cəmiyyət milli-mənəvi dəyərləri hər zaman öndə saxlayırdı və özünü Ukraynadan ayrı bilmirdi.

Ailəmiz azərbaycanlı olsa da, evimizdə Ukrayna sevgisi vardı, o sevgini bizə həmin cəmiyyət hopdurmuşdu.

Müharibə bizə də təsir etmişdi, evimizdən didərgin salmışdı, amma ən pisi Donbasdakı insanların, münasibətlərin dəyişməsi oldu.

Atam sənəd düzəltmək üçün o bölgədən Alçevskə, Kiyevə çıxmalı, sonradan yenə qayıdıb Rusiya sərhədini keçib, Azərbaycana gəlməli idi. Sırf o bölgədən çıxdığı və görünüşü slavyanlara uymadığı üçün antiseparatçı qüvvələrin əsgərləri tərəfindən “Rusiyanın koordinatoru” şübhəsi ilə tutulmuşdu. 3 gün əsirlikdə saxlanılmışdı və işgəncələrdən sonra sübut tapılmadığı üçün buraxılmışdı.

Müharibə dəhşətini atam ilk onda görmüşdü: günahsız insanlar separatizmin qurbanı olurdular, hamısına separatçı gözü ilə baxılırdı, rus işğalının yaratdığı antiseparatizm, müqavimət səbəbindən ukraynalı əsgərlərin hədəfinə çevrilmişdi o günahsız insanlar.

Günahsız vətəndaşların hansı işgəncələrlə öldürülməsini atam öz gözləri ilə görmüşdü.

Onillər, bəlkə də yüzillərlə birgə yaşayan və heç bir ayrımçılıq bilməyən slavyanlar bir anda düşmənə çevrilmişdilər, ukraynalı hərbçilər üçün artıq bütün ruslar düşmən olmuşdu – ağına-bozuna baxmadan, hamilə, yaşlı demədən, işgəncə verirdilər, hər birini “rus agenti” gözündə görürdülər, öldürürdülər...

Atam gördüklərindən sonra şəkər xəstəliyinə tutuldu.

Onlar artıq donbaslıları ucdantutma “moskal”, “rus” adlandırırdı, seçim etmirdilər.

Yalnız bunları yaşayan insanlar Putinin o məşhur “denasifikasiya” sözünü anlaya bilər, qalanları müharibəni yalnız hücum olaraq qavrayır.

Əlbəttə ki, “nasifikasiya” var, Putin haqlıdır, ancaq “nasifikasiya”nın necə yarandığı, səbəbi göstərilmir. Ultramillətçiliyi doğuran separatizm oldu.

Qısa müddətdə “denasifikasiya” aparan rus hərbçiləri üçün də bütövlükdə ukraynalılar ən qatı düşmən oldu: nə hamiləsinə-uşağına baxdılar, nə qocasına...

Mariupolda, Buçada, İrpendə daha dəhşətli hallar yaşandı.

İndi onillər öncə səpilən separatizm toxumunun 2014-cü ildə yaratdığı millətçiliyi əsas götürüb, bütün Ukrayna alt-üst edilir.

Günahsız əhaliyə rəğbət bəsləmək və yardım etmək, insanlığı qorumaq çox vacibdir.

Bu baxımdan ən gözəl addımı humanitar yardımlar göndərərək elə öz ölkəmiz - Azərbaycan atmışdı.

Empatik və ürəyiyumşaq xalqımız Ukrayna-Rusiya müharibəsini məhz bu cür qəbul etməlidir

İnsanlığı, sülhü, həqiqəti hər zaman alqışlamalıyıq, “işğala son” deməliyik, düzdür. Bunlar bir kənara, amma hansısa tərəfi, onların əsgərlərini ilahiləşdirmək doğru deyil.

Bu, müharibədir – müharibədə isə dəhşətli vəhşilikləri hər iki tərəf və yaxud bu savaşa qoşulanların hamısı edir, səbəbindən asılı olmayaraq.

Kim kimi qəhrəmanlaşdırır, kim-kimi qatil adlandırır – özləri bilər.

Biz isə sülh üçün, ölkələrin azadlığı, suverenliyi, ərazi bütövlüyü və nasizmin kökünün kəsilməsi üçün dua edək!

Tarix
2022.05.25 / 16:19
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Ermənistanın ən qatı düşməni bu ölkədir - Babacanyan

Polkovnik ermənilərin “güllələnmə səhnəsini” ifşa etdi

İrəvanın sərhəd təxribatı Kremlə qarşıdır – Moskvadan baxış

Bakı buna nöqtə qoyub, Nikolun 3 “şərti” isə... - Arkov

“II Mariupol”a imkan verilmədi, fərqli taktika tətbiq edildi

İki ölkə Ukraynanı parçalayıb götürəcək - Korotçenko

Kuleba: Qərbin buna kişiliyi çatmaz

Əgər İrəvan Bakı ilə münaqişəyə davam etsə... – ABŞ nəşri

Simonyandan rus xalqına çağırış: Buna öyrəşin!

Brüsseldə “5 fəlakətli saat...” - Karapetyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla