Yuxarı

Polkovnik ermənilərin “güllələnmə səhnəsini” ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik ermənilərin “güllələnmə səhnəsini” ifşa etdi

Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə təmsilçisi, ehtiyatda olan polkovnik Akif Qasımov Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan görüntüləri ifşa edib.

Axar.az xəbər verir ki, o, videonun qısa təhlilini tərtib edib.

A.Qasımovun sözlərinə görə, “hücum edən” azərbaycanlı hərbi qulluqçuların üzündə və hərəkətlərində bir neçə metrlik zirvəni alan insanlara məxsus fiziki yorğunluq, təngnəfəslik kimi əlamətlər müşahidə edilmir.

Səhnədə yer alan bütün hərbi geyimli şəxslərin geyimləri yenidir, üzərində çirklənmə izləri yoxdur.

Ehtiyatda olan polkovnik qeyd edib ki, Azərbaycan ordusunda "Atəş açmayın" əmrindən sonra atəşin açılması mümkün deyil. Hərbi heyət nizam-intizam qaydalarına xüsusi önəm verir. Əmrə itaətsizlik və digər icazəsiz əməllərin məsuliyyəti bu cür özbaşınalıq hallarını sıfra endirir.

A.Qasımov videonun saxta olduğunu sübut edən ən önəmli detalı da vurğulayıb:

“Atəş açanlardan biri güllələri avtomatik silahla, amma digərləri "tək-tək" halda atır.

Avtomatik atan “Kalaşnikov” silahının lüləsində gümüşü rəngli qurğunun taxıldığı görünür. Bu qurğu avtomatik atışı təmin etmək üçün istifadə edilir. O olmasa, silah güllələri tək-tək atır. Yəni, ehtimal odur ki, həmin güllələr təlimlərdə istifadə olunur və ya filmlər üçün nəzərdə tutulub. Güllələrin "dəydiyi" yerlərin görüntüsü isə filmlərdəki imitasiya vasitələrindən istifadə edilməsi ehtimalını yüksəldir. Tək-tək atışla "cəsədlərdə", daha doğrusu, onların arasında saxlanılan “güllə yerlərindən” ağ toz qalxır. Həmin ağ toz pirotexniki effektin nəticəsidir. Ondan əlavə, heç kim yaxın məsafədən daşa atəş açmaz, ələlxüsus hazırlıq görmüş əsgər. Bu görüntüləri Ermənistanın xüsusi orqanlarının məhsulu olduğunu və Azərbaycanın imicinə zərbə vuracaq vasitə hesab edirəm”.

Tarix
2022.10.03 / 15:21
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla