Sizcə, niyə hər bir ailə, hər bir bölgə qonaqpərvərlik duyğusu
ilə öyünür?
Bu məsələləri aydınlaşdırmaq üçün öncə "qonaq", "qonaqlıq",
"qonaqpərvərlik" anlayışlarını müqayisə etmək lazımdır.
Kimlərə "qonaq" deyirlər? Öz millətinin nümayəndəsinə, öz
soydaşına qonaq demək doğrudurmu? Əlbəttə, yox! Yəqin ki, tez-tez
bu frazanı işlədirsiniz: "Siz evin adamısınız, qonaq deyilsiniz!"
və s. Bu deyimdən aydın olur ki, "qonaq" sözü dilimizdə "yad"
anlamında da işlənir. Bu məntiqdən çıxış etsək, "yad" anlamında
olan bir sözə hansı məntiqlə farscadan sırınan "pərvər"ini qoşub
öyünmək olar?
Biz "qonaq/qonuq" deyirik. Sözün kökü "qon" sözündəndir – yəni
bir yenə qonmaq. "Quest", "qost", "mehman", "zəif", "müsafir" və s.
anlayışları arasındakı fərqli və oxşar məqamlar öz yerində!
Axı niyə tanımadığımız bir kəsə pərvəriş göstərilməliyik? Əgər
insanlıq adınadırsa, o zaman "pərvər" nə deməkdir?
Ərəb dilində qonaq anlamında işlənən "zəif" sözü bəzi məqamları
açmağa imkan verir. Belə çıxır ki, qədimdə kimsə yad, tanımadığı
bir evdə qonaq olubsa, o, "zəif" sayılıb. İnsanın tanımadığı bir
evə gedib çıxması, təhlükələrdən qorunmaq istəyi ehtiyac üzündən
baş verə bilərdi. Ona görə də tarixən belə bir adət formalaşıb. Bu
adəti bir millətə aid etmək sadəlövhlükdür.
Biz qonaqpərvərliklə ən azı öyünməməliyik! Biz yadlara deyil, öz
millətimizə daha çox pərvəriş göstərməliyik. Qonaqpərvərlik
keçmişin qalığı kimi bizə heç də yaxşı nəsə vəd etmir.
Qonaqpərvərlik şüuru qonaqçılıq duyğusu ilə əvəz olunmalıdır...