Ermənilər lavaş sözünü öz dillərində izah etmək üçün çox
mənasız "dəlillər" gətirirlər. Guya "lavaş" sözü iki erməni (law -
yaxşı, xoş və aş - qida) sözlərinin birləşməsindən yaranıb. Halbuki
"aş" öz sözümüzdür. Ta qədimdən dilimizdə həm duru yemək, həm də
plov anlamında işlənir.
Sözsüz ki, lavaş sözünün ermənilərə heç bir dəxli yoxdur. Bizim
dilçilərin lavaş sözünün mənşəyi barədə fikirləri mənimçin də
maraqlı olardı. Fakt budur ki, rus dilində işlənən lapşa sözü
(əriştə, xəmiraşı) bizim dilimizdən keçib. Lapşa sözü lavaş
sözündən yaranıb.
Maraqlıdır ki, yəhudilər "yoğurulmuş xəmir"ə "laş" deyirlər.
Göründüyü kimi, "laş" ilə lavaş sözü arasında həm fonetik, həm də
leksik əlaqə vardır.
Yeri gəlmişkən, şabbat günü laş yaymağa, bişirməyə (ümumiyyətlə,
xəmir yayma, əkin, şum işləri, un ələmə, buğda səpmə, çörək bişirmə
və s.) qadağa qoyulardı. İnanclarına görə (qutsal kitabımıza görə
də), Allah yeri-göyü 6 günə yaradıb. Buna görə də şabbatdan
başlayaraq bazar günü də daxil olmaqla bütün canlı aləm
dincəlməlidir.
Rus dilindəki "subbota" sözü "şabbat"la bağlıdır. Dilimzdə
işlətdiyimiz guya fars mənşəli "şənbə" sözü də əslində yəhudi
mənşəli şabbat sözündən yaranmışdır. Maraqlıdır ki, qədim
romalılıar şənbə gününü Saturna həsr edirdilər. İngilis dilindəki
"saturday" sözü həmin ritualla bağlıdır.
Maraqlıdır, bəs çərşənbə sözü necə yaranıb?
Çahar+ şənbə, yoxsa elə çər+ şənbə? Əlbəttə, çahar şənbə! Yəni,
köhnə ilin dördüncü və sonuncu (torpaq) ünsürü məhz bu əziz günə,
daha doğrusu çərşənbə (4 şabbat) axşamına təsadüf edir.
Burada təsadüfi və səbəbsiz heç nə yoxdur. Əgər əcdadlarımız 4
ünsürün bu sonuncu gününü - torpaq çərşənbəsini bayram ediblərsə,
deməli, digər bölgələrimizdə də qeyd olunmalıdır. Çünki köhnə ilin
son çərşənbə axşamını qeyd edir və yola salmağa hazırlaşırıq.
Köhnə il ayın 20-si bitəcək və 21-i təzə il daxil olacaq. Bu, o
deməkdir ki, gecə ilə gündüz şənbə/şabbat günündə bərabərləşəcək.
Çərşənbə axşamı və şənbə (şabbat, şubat, sabt, subbota, saturn,
saturday) sözləri arasında əlaqə buradan qaynaqlanır.
Dəyərli dostlar, bu gün küsülülərin barışan, təbiətin, gözlə
görünən və görünməyən bütün varlıqların oyanış, canlanma, ruhların
evlərə - ocaq başına gələn, şəhidlərimizin, dünyadan köçənlərimizin
ruhlarının şad olduğu gündür. Novruz - təbəssümün, xeyirxahlığın,
əmin-amanlığın, xeyir-bərəkətin, xoş niyyətin üzümüzdəki ifadəsi,
ulu millətimizin varlığı, mövcudluğudur. İlaxır çəşənbə bayramınız
mübarək!