Sevə bilmək və Sevdirə bilməkdir.
Gülə bilmək və Güldürə bilməkdir.
Alçalmamaq və Alcatmamaqdır.
Heç vaxt yox cavabı almamaqdır.
Nəyi, harda, kimdən, nə vaxt, necə istəməyi bilməkdir.
Oxudugu kitabların niyə yazıldığını bilməkdir.
Məglubiyyəti dadmadan Qalibiyyətdən həzz alınmayacağını
anlamaqdır.
Dərinliyini bilmədiyi quyuya girməkdir.
Heç kimə, heç nəyə fikir verməmək,özünə və elədiklərinə diqqət
etməkdir.
Özünün, sevdiklərinin maddi, mənəvi və şəxsi təhlükəsizliyini
təmin etməkdir.
Ələ salınmamaq, ələ salmamaqdır.
Anlamaq və anlatmaqdır.
Öyrənmək və Öyrədə bilməkdir.
Yaşamaq və Yaşatmaqdır.
Düşünmək və Düşündürmək, Ruhdan düşməmək və Ruhdan
salmamaqdır.
Oxumaq və Oxutmaqdır.
Həzz almaq və Həzz verməkdir.
Gözəl görmək və gözəl görünməkdir.
Qorxmamaq və Qorxutmamaqdır.
Qısqanmamaq və Qısqandırmamaqdır.
Dünyanın imtahan olduğunu bilmək və bildirməkdir.
Özünü və dünyanı kəşf etməkdir.
Məntiqi sevmək və sevdirməkdir.
Aldanmamaq və aldatmamaqdır.
İnanmaq və inandırmaqdır.
İstifadə olunmamaq və istifadə etməməkdir.
Güclü olmaq və Güclü etməkdir.
Yaradıcı olmaq, yaradıcı insanları ilhamlandırmaqdır.
Uşaqla uşaq, böyüklə böyük olmaqdır.
Xoşbəxt olmaq ücün səbəb axtarmaqdır.
Kimsəsiz tərk edilmiş məkanlara getmək, lazımsız əşyalara
yenidən can verməkdir.
Hər şeydə nikbinlik axtarmaq və tapmaqdır.
Dərdlərə dərman olmaqdır.
Yaxşılıq etməkdən zövq almaq və insanları yaxşılıq etməyə
həvəsləndirməkdir.
Çətin vəziyyətləri asanlaşdırmaqdır.
Vicdanı unutmamaqdır.
Özünü başqalarının, başqalarını öz yerinə qoymağı
bacarmaqdır.
Özünə və Sevdiklərinə vaxt ayırmaqdır.
Öz zəiflərini etiraf etmək və onları mükəmmələşdirməkdir.
Özünü tənqid edə bilmək və sevdiklərinin tənqidlərini qəbul edə
bilməkdir.
P.S. Keşkə, bir gün bütün bunları bacarsaq!