Yuxarı

Dumaya seçkilər şəffaf keçdi - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dumaya seçkilər şəffaf keçdi - Millət vəkili

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev Sankt-Peterburq şəhərində müşahidəçi qismində seçkiləri izləyib.

APA-nın məlumatına görə, MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburq şəhərindəki müşahidəçilər qrupu koordinatorunun müavini vəzifəsini yerinə yetirən R. Quliyev keçirdiyi müşavirədə bildirib ki, MDB PA Assambleyasının beynəlxalq müşahidəçiləri qrupunun tərkibi MDB ölkələrinin parlament üzvləri, MDB PA Assambleyası katibliyinin əməkdaşları və Monitorinq keçirən Beynəlxalq İnstitutun ekspertləri də daxil olmaqla 52 nəfərdən ibarət olub.

Müşahidəçilər qrupunun üzvləri Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində seçkilərin gedişini izləyiblər. Seçkilər başa çatdıqdan sonra R. Quliyev MDB PA Assambleyasından olan müşahidəçilər üçün seçkilərin monitorinqi ilə əlaqədar yekun müşavirə keçirib.

R. Quliyev və digər müşahidəçilər bildiriblər ki, müşahidə etdikləri seçki məntəqələrində seçkilər olduqca şəffaf keçib, bütün məntəqələr videomüşahidə kameraları ilə təchiz olunub və zəruri beynəlxalq standartlara cavab verən seçki mühiti yaradılıb. Seçkilərdə seçicilərin fəallığı da diqqət çəkib. Seçkilər zamanı seçicilər üçün öz iradələrini ifadə etmək, istədikləri namizədə sərbəst surətdə səs vermək üçün bütün lazımi şərait yaradılıb, seçki prosesində heç bir əhəmiyyətli pozuntu halları baş verməyib. Seçkilərə təşkilati hazırlıq çox yüksək səviyyə təşkil olunduğundan, demokratik prinsiplərə tam əməl olunduğundan seçkilər də demokratik şəkildə keçib və seçicilər öz seçimlərini ediblər.

Müşavirənin iştirakçıları monitorinqin nəticələrinə görə yekun sənəd qəbul ediblər.

Tarix
2016.09.19 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla